Dünya şöhrətli robot Bakıda çıxış edəcək
16:50 29 İyul 2018
Oktyabrın 27-28-də Bakıda “Keepface DMCC” və “International Trade Events” şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək “Global Influencer Day” tədbiri çərçivəsində dünya şöhrətli robot “Sofiya”nın çıxışı olacaq.
“Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı “Sofiya” insana xas olan nitq qabiliyyətinə, yumor hissinə malikdir və müəyyən edilmiş suallara cavab verə, həmçinin qoyulmuş mövzulara aid sadə söhbətlər apara bilər. Göz təması qurmaq və insanları tanımaq üçün bu robot kameralar və proqram sistemi ilə təchiz edilib. “Sofiya” Səudiyyə Ərəbistanı vətəndaşı da elan olunub.
Tədbirdə “Google”, “Microsoft”, “Forbes” və “Instagram” şirkətlərinin yüksək səviyyəli menecerləri də iştirak edəcəklər.
Növbəti ay ərzində tədbirin əsas spikerlərinin adları açıqlanacaq. Məlumata görə, iki həftə müddətində biletlər təşkilatçı şirkət “FA International Trade Events” tərəfindən satışa çıxarılacaq.
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünya çempionu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır