26 yaşlı gənc özünü parkda asdı - Sumqayıtda

26 yaşlı gənc özünü parkda asdı - Sumqayıtda


18:20     29 İyul 2018 1434094599_ambulans2.jpg

Sumqayıtda 26 yaşlı gənc intihar edib.

Femida.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində Ulduz abidəsini yaxınlığında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Cahangirov Asiman Cavadxan oğlu Ulduz abidəsinin arxasında olan ağaclıqda özünü kəndirlə asaraq öldürüb. Gəncin meyidi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək, aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1898