Zakir Həsənov Moskvadadır (VİDEO+FOTOLAR)
15:14 30 İyul 2018
Moskvaya səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri digər qonaqlarla birgə sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlara baxış keçirib. Nümayiş etdirilən eksponatlar yarışlar keçirilən günlərdə qonaqların yaxından tanış olmaları üçün sərgilənəcək.
Müdafiə naziri “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün 150-dən çox milli mətbəx nümunələri təqdim ediblər. Çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxıblar.
Tədbirdə həmçinin ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak edib.
Oxunub: 1385
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb