Mənzildən oğurluq edən şəxs tutulub


15:25     30 İyul 2018 ogurluq%20seyf.jpg

İyulun 28-də Ağdaş rayon sakini N.Ə. rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Ə. Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Femida.az

Açar sözlər: #Mənzil   #Oğurluq   #Polis  

Oxunub: 513