"Keçid balının əvvəlcədən bilinməsi yalandır" - Məleykə Abbaszadə
15:27 30 İyul 2018
“İxtisas seçimi taleyüklü prosesdir”.
Femida.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, abituriyentlər 7415 ixtisas seçəcəklər: “İxtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının iki sayı çap edilib. Mənə deyirlər ki, keçid balları qalxıb, yerlər azalıb. Başa düşməlidirlər ki, konkret keçid balının əvvəlcədən bilinməsi yalandır. Bu, yalnız imtahanın nəticəsindən asılıdır. Hər bir şəxs iki imtahanda iştirak edibsə, iki nəticəsi var. Onlardan ən yüksəyini seçməlidir. 74438 nəfərin hər biri 15 kod seçirsə, görün nə qədər variant ola bilər. İxtisas yerləri və keçən ilki keçid balları məlumdur. Hər kəs diqqətli olmalıdır ki, problemi yaranmasın”.
Femida.az
Oxunub: 1400
Oxşar xəbərlər
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları keçirilib