FHN-dən körpüdəki intihara cəhdlə bağlı - Açıqlama


16:19     30 İyul 2018 2018/07/koroglu-korpu_1532938973.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Vətəndaş qaldırıcı qurğu vasitəsi ilə körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.


Femida.az

Açar sözlər: Koroğlu   Körpü   Vətəndaş   FHN  

Oxunub: 549