Cibgirlik edən 3 nəfər tutuldu


16:44     30 İyul 2018 cibgir1.jpg

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya “Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Cibgir   #Polis   #DİN  

Oxunub: 417