Oğurladığı maşını doğrayıb satdı - Azərbaycanda


17:59     30 İyul 2018 2018/07/masin_1532944869.jpg

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov iyulun 22-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən Femida.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmov olduğu, qeyd edilən avtomobili hissələrə bölərək satdığı, kuzov hissəsini isə yandırdığı müəyyən edilib. ​Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 452