35 yaşlı kişi 9 yaşlı arvadını öldürdü - Əfqanıstanda


19:28     30 İyul 2018 18_07_30_1532950192.jpg


Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı arvadını öldürüb.

Femida.az APA-ya istinadən xəbər verir ki, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb, daha sonra boğub.

Kişi hadisə yerindən qaçıb. Axtarışları davam etdirilir.

Cinayətlə bağlı 9 yaşlı Samianın atası həbs edilib. O, qızını erkən nikaha məcbur etməkdə günahlandırılır.

Bildirilib ki, Samia cinayəti törətmiş Sharafuddinin ikinci arvadıdır. 9 yaşlı Samia ailələr arasında olan ədavətə son qoymaq məqsədilə ona zorla ərə verilib.

Femida.az

Açar sözlər: #Əfqanıstan   #uşaq   #qətl  

Oxunub: 2432