Qiymətli kağızlar bazarı 2,4 dəfə artıb


22:13     30 İyul 2018 Pul-manat.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqlayıb.



Femida.az -ın məlumatına görə, bu ilin I yarısında qiymətli kağızlar bazarında ümumilikdə 12 mlrd. 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Əməliyyatların 52,2%-i (6 mlrd. 499 mln. manat) ilkin bazarda, 47,8%-i (5 mlrd. 952 mln. manat) isə təkrar bazarda aparılıb.


2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 8 mlrd. 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

Açar sözlər:

Oxunub: 632


Oxşar xəbərlər