Orduda yeni tədris dövrü başladı
23:52 30 İyul 2018
Azərbaycan Ordusunun birlik, birləşmə, həmçinin qoşun növləri və qisimlərinin hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, bütün hərbi hissələrdə keçirilən yığıncaqlarda tədris dövrünün əsas məqsəd və vəzifələri, eləcə də onların icra qaydaları şəxsi heyətə çatdırılıb.
Yeni tədris dövrünün başlanması ilə əlaqədar təşkil olunmuş tədbirlərdə Müdafiə nazirinin əmr və tələbləri, tədris proqramları, silah və texnikanın effektiv istifadəsi, təhlükəsizlik qaydalarına riayət olunmasının əsas vəzifə və tapşırıqları, həmçinin bütövlükdə tədris prosesinin düzgün təşkili üzrə digər məsələlər şəxsi heyətə çatdırılıb.
Dərslərin ilk günü eyni zamanda şəxsi heyətin həyəcan siqnalı üzrə davranışı, döyüş heyətlərinin dəqiqləşdirilməsi, eləcə də şəxsi heyətin sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində məşqləri ilə başlayıb.
Femida.az
Oxunub: 837
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir