Müsavat Partiyasının başqanı xəstəxanaya yerləşdirilib


00:56     31 İyul 2018 18_07_30_1532968630.jpg


Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıdakı Uroloji Mərkəzə yerləşdirilib.

Femida.az bildirir ki, Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, hazırda Arif Hacılı hər iki böyrəyindən əməliyyat olunur: "Onun böyrəklərindəki daş lazer üsulu ilə xırdalanır. Əməliyyat davam edir".

O bildirib ki, Müsavat başqanının səhhəti normaldır.

Femida.az

Açar sözlər: partiya  

Oxunub: 519