Ermənilər Allahverdi Bağırovun məzarını 10 min avroya görə dağıdıb -ŞOK FAKTLAR

Ermənilər Allahverdi Bağırovun məzarını 10 min avroya görə dağıdıb -ŞOK FAKTLAR

09:54     31 İyul 2018 18_07_31_1533016425.jpg

Sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən dağıdılmasını əks etdirən görüntülər yayılıb.



Femida.az-ın məlumatına görə, “Xəzər Xəbər”in araşdırması nəticəsində Milli Qəhrəmanın məzarının işğal edilmiş ərazilərimizdə hansı məqsədlə bərpa edildiyi və nə üçün dağıdıldığı müəyyən edilib.

Məlum olub ki, əslində, Avropa İttifaqının maliyyə yardımı və qurumun “Sülh Təşəbbüsləri” proqramı çərçivəsində həm Azərbaycan, həm də Ermənistan tərəfindən film çəkilir. Azərbaycan tərəfindən bu işləri jurnalist Asəf Quliyev icra edir.

Onun sözlərinə görə, əvvələr Milli Qəhrəmanın məzarı da filmin kadrlarını çəkmək üçün bərpa edilib və cəmi bir neçə gün əvvəl məzara baş daşı qoyulub. Filmdə də əsas sujet xəttinin Allahverdinin dostu Razmik Petrosyanın onun məzarını hələ də qoruması olub.

Burada isə erməni vandalları yenə də öz xislətlərini göstəriblər. Belə ki, Avropa İttifaqından 10 min avro alaraq məzarın üstünə baş daşı qoyan ermənilər yenə də iç üzlərini göstərərək nümayişkaranə şəkildə Azərbaycanın digər abidələri kimi bu abidəni də vəhşicəsinə məhv ediblər.

Qeyd edək ki, 1992-ci ildə çəkilmiş kadrlarda A. Bağırovun məzarının Şəhidlər Xiyabanında olduğu və ətrafında digər məzarların mövcudluğu müşahidə edilsə də, 2007-ci ildə çəkilmiş fotolarda ətrafdakı məzarların erməni vandalları tərəfindən dağıdıldığı açıq görünür.

Milli Qəhrəman Allahverdi Bağırovun oğlu Elşən Bağırov isə həmin məzarın atasına aid olmadığını bildirir.

Özünün də atasının bölüyündə vuruşduğunu deyən Elşən Bağırov Milli Qəhrəmanımızın məzarının Ağdam-Xankəndi yolunun kənarında və görünən yerdə olduğunu xatırladır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Açar sözlər: #Allahverdi_Bağırov   #Ağdam   #Qarabağ   #Video  

Oxunub: 2456