Bir gündə iki maşın yaran şəxs tutuldu


14:23     31 İyul 2018 masin_ogrusu_018.jpg

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə şəhər sakini N. Kazımlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi mağazadan özünə məxsus 480 manat dəyərində “Samsung” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Həmin oğurluğu törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra oğurladığı mobil telefon ondan maddi sübut kimi götürülüb.

Bundan başqa Lənkəran ŞRPŞ və DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun iyulun5-də eyni gündə rayon ərazisində 2 avtomobildən 500 manat pul və maqnitafon oğurladığı da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Maşın   #Polis   #DİN  

Oxunub: 357