Qadının başına daşla vurub sırğasını oğurladı


16:37     31 İyul 2018 2018/07/tyhtu6_1533026285.jpg

Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib.



Femida.az DİN-ə istinadən xəbər verir ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.

Həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adıgözəlov Azər Ağa oğlu saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onun qadına selofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #Qadın   #Cinayət   #Polis   #Bakı  

Oxunub: 405