Bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir - Metropolitendən bahalaşmaya reaksiya
18:29 31 İyul 2018
"Bakı Metropoliteni” QSC metroda sərnişindaşıma tarifinin dəyişdirilməsinə münasibət bildirib.
Femida.az -ın xəbərinə görə, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib ki, metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan tarif MDB ölkələrində ən aşağı tarifdir.
"Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır. Qiymət artımından sonra "Bakı Metropoliteni”nin qatar parkı yenilənəcək, yeni stansiyaların tikintisi işləri sürətləndiriləcək, bir sözlə xidmət keyfiyyətinin artırılması üçün bütün zəruri addımlar atılacaq”, - deyə qurum rəsmisi bildirib.
Femida.az
Oxunub: 1284
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb