Ukraynalı idmançılar Azərbaycan millisindən imtina edib


18:29     31 İyul 2018 2018/07/olqa_1533033288.jpg

“Biz artıq ölkəmizə, Ukraynaya dönmüşük. Bundan sonra Azərbaycan millisində çıxış etməyəcəyik”.


Bu sözləri kamandan oxatma üzrə Azərbaycan yığmasının sabiq üzvü Olqa Senyuk deyib.

Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Azərbaycan yığmasına gətirilən 2 legioner ölkəmizdən imtina edib. Bunlar kamandan oxatma üzrə millimizin üzvləri – Olqa və həyat yoldaşı Taras Senyukdu.

O, yığmamızdan imtinasını maliyyə problemi ilə əlaqələndirib: “Gənclər və İdman Nazirliyinin, qismən də Azərbaycan Kamandan Oxatma Federasiyasının ayırdığı vəsait inkişaf etmək üçün yetərli deyildi. Bu üzdən də Tarasla birgə belə qərar verdik. Həm də söhbət təkcə maaşdan getmir. Bu idman növündə inkişaf etmək mümkünsüz idi. Çünki bunun üçün daim toplanışlar və yarışlarda iştirak lazımdı. Bunun əvəzində biz ildə yalnız 5-dək yarışa qatılır və 1 təlim-məşq toplanışı keçirdik”.

Olqa Azərbaycan yığmasından sonra Ukrayna yığmasına üz tutduğunu gizlətməyib: “Azərbaycan millisi ilə vidalaşdıqdan sonra qatıldığım yarışlarda kifayət qədər reytinq xalı toplaya bildim. Ukrayna idmançıları arasında ön sıralarda qərarlaşmağım sayəsində yığmaya düşdüm. Hazırda isə analıq məzuniyyətindəyəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 528