Rayonlara gedən avtobusların qiyməti açıqlandı - CƏDVƏL
20:48 31 İyul 2018
Şəhərlərarası müntəzəm avtobus marşrutları üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanıb.
Femida.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, artıq vəsait tələb edilməməsi üçün biletlər kassadan və ya onlayn qaydada əldə olunmalıdır.
Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tarifləri:
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiqlənib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Femida.az
Oxunub: 12707
Oxşar xəbərlər
- Rayonlara dolu yağıb
- Rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
- Rayonlara avtobusla gediş-gəliş bərpa olunur
- Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - AÇIQLAMA
- Rayonlara qar yağacaq - PROQNOZ
- Rayonlara gediş-gəliş bərpa olundu
- Rayonlara gediş-gəliş açılmayacaq
- Rayonlara gediş-gəlişin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
- Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
- Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ