DGK və DSX arasında işçi görüş keçirildi
22:24 31 İyul 2018
Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndələri arasında işçi görüş keçirilib.
DGK-dan Femida.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov rəhbərlik ediblər.
Görüşdə İ.Babayev "Gömrük-sərhəd buraxılış məntəqələrində işin daha da təkmilləşdirilməsi və sürətli keçidin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Komitə sədrinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupu və onun fəaliyyəti barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, işçi qrupa DSX ilə birlikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı yaranan və gələcəkdə yarana biləcək problemlərin dərhal və operativ qaydada araşdırılaraq həll edilməsi, sərhəd-keçid məntəqələrinin fəaliyyət xüsusiyyətləri və infrastrukturu nəzərə alınmaqla gömrük orqanları və sərhəd xidməti arasında fəaliyyəti nizama salan razılaşma sənədinin hazırlanması, sərhəd-keçid məntəqələrində birgə nəzarət və səlahiyyət bölgüsü ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsilə bağlı təkliflərin hazırlanması həvalə olunub.
Müzakirə zamanı hər iki xidmət tərəfindən vətəndaş məmnunluğunu təmin etmək üçün sərhəd-keçid məntəqələrində "Yaşıl dəhliz" prinsipinin tətbiqini daha da genişləndirilməsini, risklərin idarə olunması prinsipi əsasında mal və nəqliyyat vasitələrinin yoxlanılmasını və texnoloji innovasiyalardan istifadəni təmin etməklə gömrük nəzarətinin həyata keçirilməsi, surətli, eyni zamanda təhlükəsiz sərhəd buraxılış məntəqələrinin işinin daha da təkmilləşdirilməsi qərara alınıb.
Sonra görüşdə bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK: "Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək"
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrük sahəsinə dair birgə komitə yaradıldı
- Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- Rüşvətə görə həbs edilən DGK əməkdaşlarının adları açıqlandı