Avropa qaçqınlara belə zülm edir - DƏHŞƏTLİ FOTOLAR


22:18     03 Oktyabr 2015 suriya5.PNG


Suriyada başlayan müharibə milyonlarla insanın doğma yurdlarını tərk edib, qonşu ölkələrə pənah gətirməsinə səbəb oldu. Ümid yeri kimi üz tutduqları Avropa onlara heç də isti qucaq açmadı. Femida.az dünya KİV-lərinə istinadən xəbər verir ki, İsveç fotoqrafı Magnus Venman Yaxın Şərq və Avropa ölkələrinə səyahəti zamanı orada Suriyadan olan qaçqınların acınacaqlı vəziyyətini əks etdirən fotoları yayımlayıb.


Ən ürəkağrıdıcı məqam isə, daha çox bu çətinlikdən azyaşlıların əziyyət çəkməsidir.


Şəkildə gördüyünüz 5 yaşlı Lamar adlı qız Bağdaddan qaçqın olaraq Serbiyada meşəlikdə yuxuya gedib. Onun ailəsi Türkiyədən dənizlə kiçik rezin qayıqlarla keçib, çətinliklədə olsa Macarıstan sərhəddinə qədər çatıb.






Bu isə səkkiz yaşlı Maramdır. O, İordaniyada hospitalda müalicə alır. Məktəbdən evə qayıdarkən evlərinə bomba atılmış və qız başından zədə alır.11 gün komada qalan Maram sonradan özünə gəlsə də, baş vermiş hadisəni xatırlamaqda və danışmaqda çətinlik çəkir.





7 yaşlı Raliya və 13 yaşlı Raxaf Dəməşqdən məcburi şəkildə Beyruta qaçmağa məcbur olub. Onlar ataları ilə birlikdə Beyrut küçələrində yatır. Onların anası və qardaşı Dəməşqdə partlayış nəticəsində həlak olub. İki ildir ki, küçələrdə yaşayır.







5 yaşlı Mayad İordaniyada hospitalda müalicə alır. O, anası ilə birlikdə bazara gedərkən bomba yerləşdirilmiş maşının partlaması nəticəsində başından ağır yaralanır. Anası isə partlayışda həlak olur.







5 yaşlı Valya Hələb şəhərindəndir. O, evdə olarkən güclü atəşə məruz qalıb. Bu səbəbdən də uzanıb yatmağa qorxur.






Bu qadın isə Serbiyada 1 yaşlı qızı ilə küçələrdə gecələyir. Onlar gecikdikləri üçün Avstryaya keçə bilməyiblər. Artıq sərhəd bağlıdır.






Suriyadan olan bu balaca oğlan isə Serbiya- Macarıstan sərhəddində anası ilə gözləyir. Bundan sonra onları nələrin gözlədiyini heç kim bilmir.






9 yaşlı Şiraz isə 3 aylıq olarkən qızdırma ilə müşaiyət olunan xəstəlikdən əziyyət çəkir. Valideynləri müalicə üçün çox səylət göstərsələr də, bir nəticə olmayıb. Müharibə başlayandan sonra isə onun vəziyyəti daha da ağırlaşıb.





Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 912