Orduya nə qədər vəsait toplanıb? - Açıqlandı


16:47     01 Avqust 2018 ordu1.jpg

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 1 avqust 2018-ci il tarixədək fonda 92.819.877,45 AZN, 213.577,88 ABŞ dolları, 11936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

Femida.az

Açar sözlər: #ordu   #SQ   #müdafiə   #fond  

Oxunub: 802