Nəticələr açıqlandı


19:15     01 Avqust 2018 1438165809_imtahan-2.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələrini elan edib.


DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 898 abituriyentdən 31 nəfər imtahanda iştirak etməyib.

Femida.az

Açar sözlər: #İmtahan   #DİM  

Oxunub: 585