XİN-dən Orxan Camalın ölümü ilə bağlı başsağlığı


00:19     02 Avqust 2018 XIN.jpg

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasında (MAR) rus jurnalistlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Femida.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Başsağlığında deyilir: "MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin başsağlığı diləyirik".

Qeyd edək ki, ötən gün Afrikada 3 rusiyalı jurnalist - Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 402