Qəzada öldüyü deyilən xanəndə qətlə yetirilibmiş


00:41     02 Avqust 2018 2018/08/1B3F8956-06D9-4E7F-9AF6-910800777F4E_1533141654.jpeg

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

Femida.az xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda "Mercedes" markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 5426