"Qarabağ" növbəti mərhələdə - Rəqib Belarus klubu olacaq
13:06 02 Avqust 2018
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
Femida.az xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra məlum olub. Beləliklə, Çempionlar Yolu ilə 6, Liqa yolu ilə 4 cütlük "pley-off"a vəsiqə uğrunda yarışacaq:
Çempionlar Yolu
"Seltik" (Şotlandiya) - "AEK" (Afina, Yunanıstan)
"Zaltsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya)
"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya)
"Qarabağ" (AZƏRBAYCAN) - "BATE" (Borisov, Belarus)
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Malmö" (İsveç) - "Videoton" (Macarıstan)
Liqa Yolu
"Standard" (Lyej, Belçika) - "Ayaks" (Hollandiya)
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
"PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)
Oyunlar 7-8 avqustda və 14 avqustda təşkil olunacaq. Adları birinci göstərilmiş komandalar ilk matçlarını evdə keçirəcəklər. Çempionlar Yolunda iki görüşün yekununda məğlub olacaq komandalar mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində, Liqa yolunda uduzacaq klublar isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək