Azərbaycan ilə Əfqanıstan arasında protokol imzalandı
18:39 02 Avqust 2018
Avqustun 2-də Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Protokolun imzalanması Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Əfqanıstan Prezidentinin ölkəmizdə səfərdə olan MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.
Femida.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə verilən məlumata görə, görüşdə Yəhya Musayev Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Söhbət zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin başçısı Mohammad Şaker Kargar səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.
Femida.az
Oxunub: 355
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)