Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlandı - RƏSMİ
18:58 02 Avqust 2018
Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb.
Bərdə Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirilən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.
Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.
Avtomobilin sahibi N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 5260
Oxşar xəbərlər
- Meyiti tapılan şəxs kimdir?
- Meyiti kanaldan tapılan yeniyetmələrlə bağlı rəsmi məlumat
- Meyiti əmisi oğlunun evində aşkarlandı
- Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olunub
- Meyiti 25 metrlik quyudan tapılan Elvinin qətlinin pərdəarxası: ŞOK DETALLAR +VİDEO
- Meyiti samanlıqda gizlədilən qadının qətli ilə bağlı yeni fakt: Evdən məktub tapılıb (VİDEO)