Avtomobil alanlar DİQQƏT! - 30-1500 manat arası rüsum ödəyəcəksiniz


20:41     02 Avqust 2018 18_08_02_1533213738.jpg


"Dövlət rüsumu haqqında" Qanuna 12 iyun 2018-ci il tarixli qanunla edilən dəyişiklikdə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin DYP-də dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.

Femida.az xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında məlumat verib. O, bildirib ki, qanun layihəsi təklif olunanda mahiyyətcə yeni olan rüsumun nə olduğunu anlamayıb, çünki bizim qanunvericilik "özgəninkiləşdirilməsi haqqında müqavilələrin" dövlət qeydiyyatını nəzərdə tutmur:

"Qanunlarımız buna bənzər 2 şey nəzərdə tutur:

1) müqavilənin notarial təsdiqini;
2) müqavilə pedmetinin (müqavilənin özünün yox, predmetinin, yəni avtomobilin) dövlət qeydiyyatını.

31 iyulda Nazirlər Kabineti bu rüsumu təsdiqləyib. Qərarda elə avtomobilin qeydiyyatı nəzərdə tutulur.

Özünüz hüquqi kombinasiyaya baxın (Qərarın 1.1-ci bəndindən çıxarış):

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) ... "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir. Nə isə, hüquq nəzəriyyəsini qoyaq kənara...

Avtomobil alanlar hazırlaşsınlar. Həmin rüsum avtomobilin istehsal ilindən və mühərrikinin iş həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişir".

Femida.az

Açar sözlər: #maşın   #yol   #avtomobil   #rüsum   #qanun  

Oxunub: 6014