Lavrov və Zərifin Sinqapur görüşünün TƏFƏRRÜATLARI
21:03 02 Avqust 2018
Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Sinqapurda görüşərək bir sıra məsələlər üzrə müzakirələr aparıblar.
Femida.az İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, xüsusən də Tehranla Moskva arasındakı iqtisadi əməkdaşlıq, Suriya böhranı və İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planı ətrafındakı vəziyyət olub. Lavrov və Zərif həmçinin, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı da müzakirə ediblər.
Qeyd edək ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2017-ci ilin dekabrındakı Moskva görüşündə Xəzər dənizinin hüquqi statusuna dair region ölkələri arasında açıq və mübahisəli qalan bütün məsələlərlə bağlı razılığa gəlinib və Konvensiyanın yekun mətni hazırlanıb. Avqustun 12-də Qazaxıstanın cənub-qərbindəki Aktau şəhərində keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında yekun Konvensiyanın imzalanacağı gözlənilir.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- Lavrov gələn həftə Azərbaycana səfər edəcək
- Lavrov Qərbin Rusiyadan 300 milyard dollar oğurladığını söyləyib
- Lavrov Avropa ölkələrinə xəbərdarlıq edib: "Qırmızı xətlərimiz var"
- Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək
- Lavrov Çavuşoğlu ilə görüşəcək
- Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib
- Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək
- Lavrov Mirzoyanla görüşüb
- Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib
- Lavrov Ermənistan və Azərbaycanı ritorikanı yumşaltmağa çağırıb