Uşağın "ikinci başı" kəsildi - FOTO


22:44     02 Avqust 2018 2018/08/673069_01_1533216751.jpg

Suriyalı Əbdüllətif Şekrak ağır xəstəlik olan ensefasole xəstəliyi ilə doğulmuşdu. O, Türkiyədə əməliyyat olunub, həkimlərin "ikinci baş" dedikləri şiş kəsilərək götürülüb.


Cərrah Mehmet Koparanın rəhbərlki etdiyi əməliyyat Türkiyənin Antakya şəhərindəki Mustafa Kamal Atatürk Universitetinin nəzdindəki klinikada gerçəkləşdirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3 günlük oğlanın beyninin də bir hissəsinin olduğu 1 kq ağırlığındakı şiş 11 saat çəkən ağır əməliyyat sonucunda kəsilib.

Əbdüllətifin anası, Suriyanın Hələb şəhərinin sakini Sana Hilel oğlunu ölümdən xilas etmək üçün Türkiyəyə yollanmışdı. 37 yaşlı Hilelin oğlu İsgəndərun Şəhər klinikasında müayinə olunub, sonra Antakyaya göndərilib.

Əməliyyatdan sonra reanimasiya bölməsinə yerləşdirilən kiçik Əbdüllətifin durumu indi normaldır.



Açar sözlər:

Oxunub: 623