Kino Gününə həsr edilmiş fotostend nümayiş olunub
21:56 02 Avqust 2018
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialında “Azərbaycan kinosu – 120” adlı fotostend nümayiş olunub.
İdarədən Femida.az-a bildirilib ki, fotostenddə milli kino salnaməsinin bir-birindən maraqlı, yaddaqalan, eyni zamanda, rejissor peşəkarlığı, aktyor sənətkarlığı ilə fərqlənən ekran əsərləri öz əksini tapıb.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyi ölkə başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bildirilib ki, 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib.
Sonda oxucular Azərbaycan kinosu haqqında fotostendlə tanış olublar.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- Kinoteatrlar və teatrlar nə vaxt açılacaq?
- Kino xadimlərinə fəxri adlar verilib - SİYAHI
- Kino xadimləri Prezidentin Fəxri diplomu ilə təltif olundular – Sərəncam
- Kinoloji xidmətin iti gömrükdə narkotik aşkarladı
- Xalq artisti əlbəyaxa davaya çıxdı - Kino Gününə həsr olunmuş tədbirdə
- Kino xadimləri ümummilli liderin məzarını ziyarət ediblər
- Kino müsabiqəsinin qalibləri açıqlanıb