39 min müəllimin imtahan nəticələri açıqlandı


23:26     02 Avqust 2018 muellimler3.jpg

Müəllimlərin işə qəbulu imtahanlarına 44 532 namizəd dəvət edilib, onlardan 39 163 nəfər imtahanlara qatılıb. İmtahanlarda fəallıq 88 faiz müşahidə olunub.

Femida.az xəbər verir ki, bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə məlumat verib. O qeyd edib ki, imtahanlarda iştirak edənlərdən 4612 nəfər, yəni imtahan verənlərin 11 faizi 80 faizdən, 18 613 nəfər, yəni 48 faizi 60 faizdən yüksək nəticə göstərib.

M.Camalzadənin sözlərinə görə, ən yüksək aktivlik riyaziyyat və fiziki tərbiyə ixtisasları üzrə müşahidə olunub: “Riyaziyyat və fiziki tərbiyə ixtisasları üzrə aktivlik 90 faizdən çoxdur. Ən yüksək nəticə göstərənlər riyaziyyat, kimya, tarix, coğrafiya ixtisasları üzrə qeydə alınıb”.

M.Camalzadə qeyd edib ki, imtahanlarda Azərbaycan bölməsi üzrə namizədlərin nəticələri daha qənaetbəxş olub, rus bölməsində isə nəticələr bir qədər zəifdir.

“Vakansiyaların seçimi avqustun 3-dən başlayacaq və avqustun 8-ə qədər aparılacaq. 7 mindən artıq vakant yerlər müəyyən edilib. Həmin yerlərdən 90 faizə qədər Azərbaycan bölməsi, 10 faizi rus bölməsi üzrə fənlərdir. Vakansiyaların 60 faizi həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələr üzrə, 40 faizi isə həvəsləndirmə tədbirləri tətbiq edilməyən yerlərdədir”.

M.Camalzadə bildirib ki, sonuncu mərhələ-müsahibə mərhələsi 13-18 avqust tarixlərində keçiriləcək. O qeyd edib ki, bu əsasən vakant yerlərin tutulmasından asılı olacaq.


Femida.az

Açar sözlər: #müəllim   #imtahan  

Oxunub: 686