Milli parklara 26 minə yaxın turist səfər edib
01:14 03 Avqust 2018
Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iyulda milli parkları ziyarət edənlərin sayı altı ay ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, altı ay ərzində milli parklara, ümumilikdə, 24261 turist səfər edib. Bunlardan 21 min 223-ü yerli, 3038-i isə xarici vətəndaşdır. Təkcə iyul ayında milli parklara 25 min 590 turist gəlib ki, bunların da 24 min 291-ni yerli, 1299-nu isə xarici vətəndaşlar təşkil edib.
Qeyd edək ki, ekoturizmin fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən 9 milli parkda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.
Xatırladaq ki, turistlər nazirliyin rəsmi internet saytında (eco.gov.az) fəaliyyət göstərən “Xidmətlər” bölməsinə daxil olub bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin turistlərin milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də fəaliyyət göstərir.
Femida.az
Oxunub: 404
Oxşar xəbərlər
- Bakıda parkda 15 yaşlı oğlan yumruqla öldürülüb
- "Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verilib
- Naftalanda parkda kişi meyiti aşkarlanıb
- Samuxda parkda silah-sursat tapılıb
- Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
- Bakıda parkdan 2 560 manatlıq fontan başlığı oğurlanıb
- Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib