Aeroport şosesində faciəvi ÖLÜM
13:12 03 Avqust 2018
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.
Femida.az report.az-a istinadən bildirir ki, hadisə magistral şosenin piyadaların istifadəsi üçün nəzərdə tutulmayan hissəsində baş verib.
26 yaşlı Ağayeva Vüsalə Nazim qızı yol qovşağının altından digər tərəfə keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub.
Ağır xəsarət alan V.Ağayeva hadisə şahidlərinin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, piyada aqonal vəziyyətdə qəbul edilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi, qəzanı kimin törətdiyi araşdırılır.
Femida.az
Oxunub: 721
Oxşar xəbərlər
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Ağır qəza: Ölənlər var
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb