Avtobus sürücüsü narkotik satarkən tutuldu - VİDEO


13:36     03 Avqust 2018 2018/08/etibar-narkotik_1533274714.jpg

Mehdiabad polis bölməsinin əməkdaşları ictimai nəqliyyatın sürücüsünü Digah qəsəbəsində "müştərisinə" narkotik maddə satan zaman saxlayıb.


Femida.az-ın məlumatına görə, Abşeron rayon Mehdiabad polis bölməsinə məlumat daxil olub ki, bir nəfər Digah qəsəbəsi ərazisində narkotik maddə-heroin satıb. Dərhal bölmə əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis bu işdə şübhəli bilinən Digah qəsəbə sakini Etibar Əhədovu saxlayıb. Saxlanılan şəxs narkotik maddə satdığını etiraf edib.

Etibar Əhədov əməliyyatçılara bildirib ki, o, üstündə olan narkotik maddəni Şamil adlı şəxsə satıb. Polis saxlanılan Etibarın özünün iştirakı ilə evinə baxış keçirib. Oradan da 5 büküm heroin və pisixotrop dərmanlar aşkar edilib.

Polis bu işdə adı çəkilən Şamil Ələsgərovu da saxlayıb. O, narkotik maddəni Etibar Əhmadovdan almasını etiraf edib.

Əvvəllər üç dəfə azadlıqdan məhrum edilən Etibar Əhədovun sözlərinə görə, avtobusu idarə edərkən narkotik maddə qəbul etməyib. O, zəhərli maddəni ancaq istrahət günləri qəbul etdiyini deyir. Hər halda bu aparılan araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı isə hər iki şəxs barəsində cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, ictima nəqliyyat vastəsini idarə edən şəxslər mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər. Sərnişindaşıma ilə məşğul olan bu şəxsin tibbi müayinədən hansı səbəbdən keçmədiyi isə sual doğurur.



Femida.az

Açar sözlər: #Avtobus   #Sürücü   #Polis   #Digah   #Narkotik  

Oxunub: 740