Xalq artisti əlbəyaxa davaya çıxdı - Kino Gününə həsr olunmuş tədbirdə
15:47 03 Avqust 2018
Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb.
Femida.az yenicag.az-a istinadən xəbər verir ki, tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub.
Əldə etdiyimiz məlumata görə, davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.
Həmin görüntüləri təqdim edirik.
Oxunub: 866
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
- Xalq artisti Əlibaba Məmmədov dəfn olunub
- İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı
- Xalq artistinin qızına hökm oxunub
- Xalq artisti Ağakişi Kazımov vəfat edib
- Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib
- Xalq artisti Prezidentə təşəkkür edib
- Azərbaycanın məşhur Xalq artisti məhkəməyə verilib
- Xalq artisti Səməd Səmədov vəfat edib