Bir ayda Biləsuvardan İrana 14 min nəqliyyat vasitəsi keçib


18:53     03 Avqust 2018 18_08_03_1533293696.jpg


Ötən ay ərzində Biləsuvar Gömrük İdarəsi "Qoşa təpə" Gömrük Postundan 14 mindən çox nəqliyyat vasitəsi keçib. Bu barədə məlumatı Komitənin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov verib.

O bildirib ki, ötən gün ərzində bu postdan 643 nəqliyyat vasitəsi keçib. Ay ərzində isə bu rəqəm 14 388 olub:

"Mövsümdən və günündən asılı olaraq gün ərzində postdan keçən nəqliyyat vasitələrinin sayında dəyişiklik ola bilər. Burada narkotik vasitələrinə qarşı mübarizə və yoxlanışlar nəqliyyat vasitələrinin bir qədər gözləməsinə səbəb olur. Odur ki, yoxlanışların təqribən 50%-i 20-60 dəqiqə arasında vaxt aparır.

İdarə rəisi müqayisə üçün qeyd edib ki, ötən ay ərzində "Sınıq körpü" postunda nəqliyyat vasitələrinin keçidi daha yüksək olub. Belə ki, orada ay ərzində 82 min 54 nəqliyyat vasitəsi keçib. / qafqazinfo

Femida.az

Açar sözlər: #Biləsuvar   #gömrük  

Oxunub: 518