"Bermud üçbucağı"nın sirri tapıldı - Alimlər inanılmaz faktı üzə çıxardı


01:11     04 Avqust 2018 18_08_03_1533295115.jpg

Böyük Britaniya alimləri "Bermud üçbucağı"nın sirrini tapıblar.


Femida.az xəbər verir ki, alimlərin qənaətinə görə, "Bermud üçbucağı"nda gəmilərin yox olmasının səbəbi hündürlüyü 30 metrə qədər çatan "qatil dalğalar" ola bilər.

Belə qənaətə laboratoriya şəraitində sınaq keçirən Sautqempton Universitetinin alimləri gəliblər. Alimlər bildirirlər ki, üç güclü fırtınanın toqquşması nəticəsində yaranan dalğalar hətta böyük gəmini iki yerə parçalaya bilər.

"Bermud üçbucağının tapmacası" adlı sənədli filmdə laboratoriya şəraitində modelləşmənin köməyi ilə "eybəcər dalğalar" effekti yenidən canlandırılıb. Cəmi bir neçə dəqiqə davam edən təbii hadisə Cənubi Afrikanın sahilində 1997-ci ildə peyklərin köməyi ilə qeydə alınmışdı. Dalğalardan bəziləri 30 metr hündürlüyə çatırdı.

Tədqiqatçıların komandası "Siplop" gəmisinin modelini tikiblər. Böyük gəmi 1918-ci ildə 300 sərnişinlə Bermud üçbucağında itmişdi.

Yer kürəsi və okeanların tədqiqatçısı Saymon Boksollun sözlərinə görə, Atlantik okeanın bu regionunda müxtəlif tərəflərdən hərəkət edən üç güclü fırtınanın toqquşmaları olur və "qatil dalğalar"ın yaranması üçün mükəmməl şəraiti yaradır. Alim inandırır ki, belə dalğalar "Siklop" kimi gəmini iki yerə bölə bilər.

"Əgər bu baş verəcəksə, gəmi iki-üç dəqiqədən sonra batacaq", - ekspert dəqiqləşdirib.

Qeyd edək ki, "Bermud üçbucağı" Atlantik okeanın şimalında Mayami, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən 1,2 milyon kvadrat kilometr sahəni tutur. İndiyə kimi "Bermud üçbucağı"nda 200-ə yaxın qəza baş verib, 8127 nəfər itkin düşüb. /Publika.az

Açar sözlər: #maraqli  

Oxunub: 1145