Pakistanda 12 qız məktəbinə hücum edildi


19:16     03 Avqust 2018 pakistan_2387757676.jpg

Pakistanın Gilgit Baltistan bölgəsində 12 qız məktəbinə hücum təşkil olunub.


Polis mənbələrinin verdiyi məlumata əsasən, ölkənin şimalındakı Gilgit Baltistanın Çilas və Diamer bölgəsində dünən gecə kimliyi hələ müəyyən olunmayan şəxs və ya şəxslər 12 məktəbə hücum edib. Məktəb binalarına və tədris materiallarına zərər verən şəxslər bəzi məktəbləri yandırıb.

İki məktəbdə isə kiçik miqyaslı partlayışlar olub. Gilgit Baltistan əyaləti rəhbərliyindən verilən məlumata görə, hücuma məruz qalan məktəblərin bəziləri inşa edilməkdə, ya da təmir prosesində olub. Səlahiyyətlilər qısa müddətdə məktəblərin tikintisi tamamlanaraq, təhlükəsizlik tədbirləri artırılmış şəkildə təhsilə başlayacaqlarını qeyd edib.

Ölkənin təhsildə iştirak və təhsil səviyyəsinin ən aşağı olduğu şimal bölgələrində qız məktəbləri tez-tez hücuma məruz qalır. Gilgit Baltistan və şimal-qərb Tayfalar Bölgəsində son on ildə 1500 məktəbə hücum təşkil olunub. Bu hücumlara 2004 və 2011-ci ildə bölgə əhalisi tərəfindən etiraz edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 350