Ömürlük məhbus Cəfər Mirzəyev pres-xatada kriminal avtoriteti necə öldürüb?- Dəhşətli cinayətin detalları

Ömürlük məhbus Cəfər Mirzəyev "pres-xatada" kriminal avtoriteti necə öldürüb?- Dəhşətli cinayətin detalları


01:33     04 Avqust 2018 18_08_03_1533296740.jpg

Rusiyanın Vladimir şəhərinin 1 nömrəli istintaq təcridxanasının təməli II Ekatirinanın dövründə qoyulub. Və bu günə kimi də adıçəkilən təcridxananın iş metodları görünür hələ də dəyişməyib. Təəssüf ki, 200 ildən sonra “pres-xata” termini kimi yaddaşlara həkk olan “pres” sözü əslində “presləmək” mənasını verir.



Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, əslən Azərbaycandan olan 28 yaşlı Cəfər Ələmdar oğlu Mirzəyev 16 may 2016-cı ildə Vladimir vilayət məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib. O, ötən il fevralın 3-də karserə salınmasına etiraz əlaməti olaraq aclığa başlayıb.

Təcridxananın əməkdaşları məhkumu karserdən çıxarsalar da onu öz kamerasına deyil, 26 saylı kameraya salmağa cəhd ediblər. 26 saylı kamerada adminstrasiya ilə əməkdaşlıq edən məhkumların saxlanıldığını bilən C.Mirzəyev təcridxana əməkdaşlarına müqavimət göstərib, onu həmin kameraya salmasınlar deyə qışqır-bağır salıb, başını divara çırpıb. Nəticədə məhkumu müvəqqəti olaraq növbətçi hissəyə aparıblar.


Baş vermis insident barədə təcridxana rəhbərliyinə məlumat verilib. Təcridxana rəhbəri A.M. Kopılkov məhkumun başqa kameraya köçürülməsi ilə bağlı rəsmi sənəd olmadan kiminsə şifahi tapşırığı əsasında C.Mirzəyevi 26-cı kameraya göndərməyinin vacibliyini bildirib. Beləliklə, azərbaycanlı məhkum 26-cı kameraya “yola salınıb”.

Kameranın önünə gətirilən məhbus damağında gizlətdiyi ülgücü çıxararaq qapının girişindəcə qollarını doğrayıb. Kəskin qanaxma yaransa da, ona heç bir tibbi yardım göstərilməyib və nəzarətçilər məhkumun qolları qandallı vəziyyətdə kameraya itələyiblər...

Kameradakı dustaqlardan biri –kriminal avtoritet Filippov digər məhkumun köməkliyi ilə Cəfəri yerə uzadaraq onun əl-ayağını mələfə ilə bağlayıb. Daha sonra isə qollarındakı qandalı xüsusi açarla açıb “kormuşka” dan nəzarətçilərə qaytarıb.



Filippov gecə saatlarında döşəmədə uzanıqlı vəziyyətdə olan azərbaycanlı dustağa yaxınlaşaraq var gücü ilə onun qabırğalarını, qarnını təpikləyib, rezin başmaqla kürəyinə ardıcıl zərbələr vurub, aclığı dayandırmağı, hansısa sənədləri imzalamağı tələb edib. Ən qəribəsi isə odur ki, nəzarətçilər gecə yoxlaması zamanı 20 saatdan artıq yerdə uzanıqlı vəziyyətdə qalmış azərbaycanlı dustağı görməzdən gəliblər. Filippov öz növbəsində əl-qolu bağlı, al-qan içərisində olan Cəfəri yenidən döyüb, başqa bir dustağa onu gözdən qoymamasını tapşırıb və heç bir şey olmamış kimi yatmağa yollanıb.

26-cı kamerada cəza çəkən dustaqlar Filippovun bu hərəkətlərinə nəinki etiraz etməyiblər, heç səslərini də çıxarmırlar, baş verənləri sukutla izləyiblər.

Vaxtilə onların özülərinin də bu cür döyülmələrə, işgəncələrə və seksual zorakılıqlara məruz qaldıqlarını iddia ediblər.

Göründüyü kimi sözügedən kamerada administrasiyayla əməkdaşlıq edənlərin vasitəsilə istənilən məhkuma işgəncə verməklə ifadəsini dəyişməyə, başqasının üzünə durmağa məcbur edirlər.

Növbəti gün təcridxana əməkdaşları hər iki məhkumdan - Mirzəyev də Filippovdan gecə yaranan münaqişə barədə izahat verməyi tələb edəcəklər. Əslində isə nə baş verdiyini soruşmayacaqlar, insidenti «iki məhbus arasında məişət zəminində mübahisə” kimi rəsmiləşdirəcəklər.



Sübh tezdən yuxudan oyanan Filippov aclıqdan imtina etməsi barədə ərizə yazması üçün yenidən Mirzəyevi döyməyə başlayıb. Səhər saat 8 radələrində “kormuşka” dan kameraya səhər yeməyi verildikdən bir qədər sonra Cəfər imtina ərizəsi yazmağa razılaşıb. Filippov digər dustaqlarla birgə onun əl-ayağını açıblar və masaya otuzdurublar.

Döyülməkdən bədəni gömgöy olan, keyiyən, haldan düşən Cəfər imtina ərizəsi yazmaq üçün ona verilən diyircəkli qələmi əlinə alan kimi var gücü ilə Filippovun gözünə, sifətinə ardıcıl zərbələr endirib. Daha sonra isə karandaşı onun xirtdəyinə soxub, karandaş sınıb.

Canını qurtarmaq üçün çarpayının altına girib gizlənməyə çalışan Filippov kameradakı digər məhbusları köməyə çağırsa da, kamera sakinlərindən heç kim bu davaya qarışmaq istəməyib. Filippovu çarpayının altından dartıb çıxaran Cəfər ağzında gizlətdiyi lezva ilə onun boynundan iki dəfə zərbə endirib. Azərbaycanlı məhkumun əlindən qaçmağa müvəffəq olan Filippov kameranın qapısına tərəf yürüsə də, qapını döyüb nəzarətçiləri köməyə çağırsa da xeyri olmayıb. Dünən gecədən bəri əl-ayağını bağladıqları mələfəni yerdən götürən Cəfər döşəkağını Filippovun boğazına dolayıb, var gücü ilə sıxıb və onu boğub. Daha sonra özü təcridxana nəzarətçilərini çağırıb. Təcridxana əməkdaşları hadisə yerinə gələrək Mirzəyevin qolunu qandallayıb kameradan çıxarıblar.



Həmin vaxt ərzində kameraya quraşdırılmış videokameranın üstü qəzetlə örtülübmüş. İstintaq qətlin hərtərəfli araşdırılması məqsədilə videogörüntüyə baxmaqla bağlı qərar qəbul edib. Lakin videogörüntünün silindiyi məlum olub.

Məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Mirzəyevdə şəxsiyyətin pozulması: özbaşınalıq, impulsivlik, əsəbilik kimi xüsusiyyətlər aşkar edilsə də onun anlaqlı olması qeyd edilib.

Təcridxana rəhbərliyinə gəlincə isə Kopilkov Mirzəyevin 26-cı kameraya göndərilməsi ilə bağlı şifahi göstəriş verdiyini etiraf edib. O, bunu təcridxanada aparılan əsaslı təmirlə əlaqəli olduğu deyib. Kamerada dustaqlar arasında yaranan insidentdən isə nə müdiriyyətin nə də nəzarətçilərin “xəbəri” olub...

Qeyd edək ki, Cəfər Mirzəyev özü azərbaycanlılardan ibarət olan və Azad Məmmədovun liderlik etdiyi “qara rieltorlar” bandasının fəal üzvü olub. Bu banda üzvləri yaşlı insanları qətlə yetirərək onların evlərini ələ keçirməklə məşğul idi. Banda üzvləri 2013-cü ildə tutulub və 2016-cı ildə onlara hökm çıxarılıb. Mirzəyevin azı dörd qətldə iştirak etdiyi təsdiqlənib.

Açar sözlər:

Oxunub: 678