Toyuna 16 gün qalmış qaçan şəmkirli qız tapıldı: “Bizə dedi ki...”


21:12     03 Avqust 2018 itkin_mini_yubka_0258.jpg

Şəmkirdə toyuna 16 gün qalmış nişanlı qız başqasına qoşulub qaçıb.



Femida.az xəbər verir ki, bu barədə AzNews.az-a qızın yaxınları məlumat verib. Onların bildirdiyinə görə, avqustun 19-da Şəmkir rayonu Qaracəmirli kənd sakini Aygün Nuriyevanın (ad şərtidir) toyu olacaqdı:

“Aygünün sevdiyi oğlan olub. Amma bizim onun sevgisindən xəbərimiz olmayıb. Biz də Aygünü tanıdığımız bir oğlanla nişanladıq. Aygünü nişanlısını tanıyandan sonra baxıb ki, xasiyyəti uyğun gəlmir. Evdə anasına nişanlısının onunla yola getmədiyini deyib. Amma heç kəs onu dinləməyib. Baxıb ki, toy günü təyin olunub, bıçaq sümüyə dirənib. Axırda istədiyi oğlana zəng edib və ona qoşulub qaçıb”.

Aygünün yaxınları onun hazırda Bakıda olduğunu deyib: “Oğlan Lənkərandandır. Biz onunla telefonla danışdıq və ona vaxt qoyduq. Avqustun 5-də onun valideyinləri bizdə olmalıdır. Aygünlə də danışdıq. Dedi ki, özüm gəlmişəm, onunla çox xoşbəxtəm. Aygünün toyu təyin olunsa da, cehizi hələ getməyib”.

Femida.az

Açar sözlər:

Oxunub: 8580


Oxşar xəbərlər