Ermənistanın sabiq baş nazirinin müavininə qarşı ittiham irəli sürüldü


13:54     04 Avqust 2018 18_08_04_1533362174.jpg


Ermənistan sabiq baş nazirinin müavini Armen Qevorkyana qarşı Konstitusiya Məhkəməsi hakiminə təzyiq göstərmək üzrə ittiham irəli sürülüb.

Bunu idarənin rəhbəri Sasun Xaçatryan deyib.

"Əgər siz xatırlayırsınızsa, "WikiLeaks"də məlumat dərc olunmuşdu ki, Armen Qevorkyan Serj Sarqsyanın rəqiblərinin seçkinin yekunları ilə bağlı şikayətlərinə baxan zaman Konstitusiya Məhkəməsinin hakimi Valeri Poqosyana təzyiq göstərib. Biz bu məlumatı yoxladıq və onun əsaslı olduğu ortaya çıxdı", — deyə Xaçatryan bildirib.

Bundan əlavə, Qevorkyan ədalətli mühakimənin aparılmasına maneəçilik törətməkdə təqsirli bilinib və onu 6 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Femida.az

Açar sözlər: Ermənistan   baş_nazir  

Oxunub: 373