Afrikda öldürülən Orxan Camal və digər jurnalistlərin nəşi Moskvaya gətirilir


14:19     04 Avqust 2018 18_08_04_1533363842.jpg


Mərkəzi Afrika Respublikasında öldürülən rusiyalı jurnalistlərin nəşi Moskvaya gətirilir.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, əslən azərbaycanlı olan Heydər Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun nəşi öncə Fransanın paytaxtı Parisə, ordan da Rusiyaya aparılacaq.

Təyyarənin avqustun 5-də Moskvaya çatacağı bildirilir.

Jurnalistlərin dəfn mərasimi bazar günü Rusiya Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, onlar "Vaqner” hərbi şirkəti haqqında sənədli film üzərində işləyirmişlər.

Femida.az

Açar sözlər: #jurnalist   #Afrika  

Oxunub: 766