Ərdoğan bu uşağa görə kortecini saxlatdırdı - VİDEO


14:49     04 Avqust 2018 18_08_04_1533365355.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona “Rəcəb baba” deyə səslənən qızcığaza görə kortejini saxlatdırıb.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sudə adlı qız prezident kortejini görüncə Ərdoğanı çağırmağa başlayıb. Səsə biganə qalmayan prezident sürücüsünə avtomobilini saxlamaq göstərişi verib. İsveçrədən Türkiyəyə gedən ailə Ərdoğanın bu addımından sevinərək kortejə yaxınlaşıb.

Qızlara oyuncaq hədiyyə edən Ərdoğan onlarla xatirə fotosu çəkdirib.


Femida.az

Açar sözlər: #Ərdoğan   #uşaq   #video  

Oxunub: 3579