Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib


16:32     04 Avqust 2018 publika.az1419504635prezidentbaxis.jpg

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.


Femida.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç.

"Mi-8" helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Açar sözlər: #İlham_Əliyev   #Putin  

Oxunub: 3253