“Qarabağ”ın matçını isveçli hakimlər idarə edəcək


17:36     04 Avqust 2018 18_08_04_1533375447.jpg


“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirəcəyi ilk oyun üçün bütün təyinatlar açıqlanıb.

Femida.az xəbər verir ki, avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək. Referi Andreas Ekberqə yan xətt hakimləri Mehmet Kulum və Stefan Hallberq kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 463