Rusiyanın baş qərargah rəisinin ABŞ-a gizli məktubu - Kömək edin...
18:01 04 Avqust 2018
Rusiya Silahlı Qüvvələri baş qərargah rəisi Valeri Gerasimov ABŞ Silahlı Qüvvələri baş qərargah rəisləri birləşmiş Komitəsinin sədri, general-mayor Cozef Danforda Suriyada əməkdaşlıqla bağlı gizli məktub göndərib.
Femida.az azvision.az-a istinadən bildirir ki, bu barədə “Reuters” əldə etdiyi xidməti sənədə istinadən məlumat yayıb. Məktubda Gerasimov Suriyanın bərpası üçün ABŞ-dan kömək istəyib və ərəb ölkəsinin dağılmış infrastrukturunun dirçəldilməsi istiqamətdə birgə əməkdaşlıq təklif edib.
Qeyd olunub ki, məktub ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Sinqapur görüşündən 3 gün sonra göndərilib. “Məktubda qeyd olunur ki, geri qayıdan qaçqınların qəbulu üçün Suriyadakı rejimə ölkənin bərpası işini həyata keçirməkdə texniki avadanlıqlar, yanacaq, həmçinin digər material və vasitələr çatışmır.” – deyə “Reuters” yazır.
Lakin agentlik bildirir ki, Rusiyanın təklifini Amerika tərəfi olduqca soyuq qarşılayıb. Belə ki, Vaşinqton yalnız BMT nəzarəti altında müstəqil seçkilərin keçirilməsi də daxil olmaqla, Suriya münaqişəsinin siyasi yolla həll ediləcəyi təqdirdə Rusiyanın bu təşəbbüsünü dəstəkləyəcək və təklifini dəyərləndirəcək.
Xatırladaq ki, Trampla Putinin çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşü 16 iyulda Helsinkidə baş tutub. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukrayna münaqişələri olub.
Femida.az
Oxunub: 739
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib