Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olundu


20:33     04 Avqust 2018 kreslo_201214.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.



Femida.az
report-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 554