Dənizdə faciə: 3 nəfər boğularaq öldü


22:35     04 Avqust 2018 malatya-gol-bogulma1.jpg

Azərbaycanda daha 3 nəfər Xəzər dənizində boğularaq ölüb.

Femida.az xəbər verir ki, hadisə Zaqulba çimərliyində qeydə alınıb. Hələlik kimliyi məlum olmayan 4 nəfər dənizin dalğalı olmasına baxmyaraq sahildən uzağa üzüblər. Nəticədə onlarda üçü boğularaq ölüb. Digər bir nəfər çimərlikdəki şəxslərin köməkliyi ilə xilas edilib.

Onların meyiti vətəndaşların köməkliyi sahilə çıxarılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olsa da onlar batan şəxslərə kömək etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 5040