SOCAR Pakistana təbii qaz tədarükünə başlayacaq
14:32 05 Avqust 2018
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq.
Femida.az bildirir ki, bu barədə Trend-ə "Pakistan LNG Limited" operator şirkətindən məlumat verilib.
Qeyd olunur ki, SOCAR şirkətin bu məsələ ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.
Mayeləşdirilmiş təbii qaz SOCAR tərəfindən iki hissədə tədarük olunacaq. 140 min kubmetr həcmdə olan hissələrdən birincisi oktyabrın 10-11-də, ikincisi 20-21-də tədarük ediləcək.
Qeyd edək ki, iyulun 26-da keçirilmiş tenderin qalibləri SOCAR-la yanaşı "GUNVOR International", "BB Energy", "Trafigura Pte" şirkətləri olub.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib
- SOCAR-a yeni Baş geoloq təyin olunub
- SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA
- SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub
- SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək
- SOCAR neft emalını kəskin artırıb
- SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb
- SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu
- SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir
- SOCAR Rusiya qazının tranzitini tamamlayıb